YapiKredi Müraciət Forması
Hadisə

Gəncədə 42 yaşlı kişi binadan yıxıldı

Gəncədə 42 yaşlı kişi binadan yıxıldı

Gəncədə 42 yaşlı kişi yaşayış binasından yıxılıb.

Hadisə şəhərin İsax Cəfərov küçəsi, bina 3 ünvanında qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Arzu Baxşəliyev ehtiyatsızlıq nəticəsində yaşayış binasının 4-cü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.

O, Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya çatdırılıb. Hazırda zərərçəkənin vəziyyətinin ağır olaraq qaldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.(oxu.az)

NE
Nihadə Eyyubova