Fransada yenidən etiraz aksiyaları başlayıb

DÜNYA 02 oktyabr 2025, 19:30
Bu gün Fransada 2026-cı ilin büdcə düzəlişlərinə qarşı yenidən etiraz aksiyaları keçirilir.

APA xəbər verir ki, bu barədə “Le Monde” məlumat yayıb.

Məlumata görə, paytaxt Parisdə artıq minlərlə etirazçı toplaşıb.

Etiraz aksiyalarını təşkil edən Fransa Həmkarlar ittifaqlarının liderləri zənginlərdən vergilərin artırılmasını və sosial sahədə planlaşdırılan ixtisarların ləğvini tələb edirlər.

Təşkilatçılar ölkə üzrə 240 yaşayış məntəqəsində aksiyalar keçirməyi planlaşdırır.

Daxili İşlər Nazirliyi günorta saatlarında Fransada ümumilikdə 85 min nümayişçi sayının qeydə alındığını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 oktyabr 2025, 19:58
02 oktyabr 2025, 19:45
02 oktyabr 2025, 19:06
Top