"Bakının Yeni Yasamal ərazisində yerləşən yaşayış komplekslərindən birində həyata keçirilən təhlükəsizlik tədbiri ilə bağlı iki mühüm hüquq toqquşur: təhlükəsizlik və şəxsi həyatın gizliliyi".
Bunu Demokrat.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.
O, bildirib ki, əgər kamera birbaşa eyvana yönəldilibsə, bu halda vətəndaşın hüququ var ki, məhkəməyə müraciət etsin və tələb etsin ki, kamera onun eyvanına tuşlanmasın:
"Çünki bu, şəxsi həyata müdaxilə sayılır. Amma ola bilər ki, kamera sırf eyvanı çəkmir, sadəcə kadra eyvan da düşür. Bu halda həmin kameranı quraşdıran dövlət orqanı əsaslandırmalıdır. Onlar təhlükəsizlik səbəblərini tam açıqlamasalar da, bildirməlidirlər ki, kamera yalnız eyvan üçün deyil, başqa məqsədlərlə də quraşdırılıb".
Vəkil bildirib ki, istər-istəməz eyvan görüntüyə düşə bilər:
"Belə hallara isə konkret məhkəmə qiymət verməlidir. Əgər kamera tamamilə eyvana yönəldilibsə, bu, yolverilməzdir. Əks halda isə məsələyə ayrıca baxılmalıdır".
Əfsanə Kamal
Demokrat.az