“İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri və məmnunluq ifadə etməsi iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını bir daha göstərir”.
Bunu siyası şərhçi Kənan Məmmədli Demokrat.az-a açıqlamasında deyib.
O bildirib ki, bu gün İtaliya, Avropa İttifaqı daxilində Azərbaycanın əsas tərəfdaşlarından biridir:
“Xüsusilə enerji sahəsində əməkdaşlıq ikitərəfli əlaqələrin mühüm dayağıdır. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir və burada İtaliyanın rolu açardır. Qeyri-enerji sahələrində də iqtisadi əməkdaşlığın genişlənməsi diqqət çəkir. Mədəniyyət, təhsil və turizm istiqamətlərində əlaqələrin inkişafı xalqlar arasında qarşılıqlı etimadı gücləndirir. Mattarellanın səfəri həm də siyasi münasibətlərin dərinliyini nümayiş etdirir. İtaliya, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən biri kimi mühüm mövqe tutur. Bu baxımdan, səfərin geosiyasi əhəmiyyəti də böyükdür. Azərbaycan üçün Avropa İttifaqı ilə münasibətlərdə İtaliya körpü rolunu oynayır. Bu əməkdaşlıq həm regional, həm də qlobal miqyasda tərəflərə fayda gətirir. Səfərdən sonra verilən bəyanatlar gələcəkdə daha geniş layihələrin reallaşacağını göstərir. Bu, həm də Azərbaycanın beynəlxalq nüfuzunun artmasının təzahürüdür. İkitərəfli münasibətlərin yüksək səviyyədə olması strateji tərəfdaşlıq modelinin uğurlu işlədiyinə sübutdur. Mattarellanın səfəri Azərbaycan-İtaliya münasibətlərinə yeni impuls qazandırdı”.
Leyla Turan
Demokrat.az