Kobaxidze: Azərbaycanla münasibətlərimizi inkişaf etdirməliyik

GÜNDƏM 02 oktyabr 2025, 19:17

Gürcüstan Azərbaycanla münasibətləri inkişaf etdirməlidir.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Kopenhagendə azərbaycanlı jurnalistlərə bildirib.

"Biz qonşularımızla, o cümlədən Azərbaycanla çox yaxşı münasibətlərimizin olmasından məmnunuq. Biz bunu qoruyub saxlamalı və inkişaf etdirməliyik. Strateji tərəfdaşlıq və gözəl münasibətlər son dərəcə vacibdir", - o qeyd edib.

Baş nazirin sözlərinə görə, Kopenhagendəki görüş çərçivəsində həmkarları ilə də çox yaxşı danışıqlar aparıb.

"Biz bölgəmizdə sülhün təşviqi üçün əlimizdən gələn hər şeyi edəcəyik. Biz Cənubi Qafqaz regionundakı missiyamızı məhz belə görürük", - İ.Kobaxidze vurğulayıb.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 oktyabr 2025, 19:58
02 oktyabr 2025, 19:45
02 oktyabr 2025, 19:06
Top