“Azərbaycan ilə İtaliya arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətləri dərin tarixi köklərə əsaslanır. İtaliya Azərbaycanın Avropada qədim dövrlərdən etibarən diplomatik əlaqələr saxladığı və müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir”.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov Demokrat.az-a açılamasında bildirib.
O əlavə edib ki, bu da ölkələrimiz arasında qarşılıqlı hörmət və etimadın göstəricisidir:
“1992-ci ildə rəsmi diplomatik münasibətlərin qurulmasından etibarən əlaqələr davamlı olaraq inkişaf etmiş, müxtəlif sahələri əhatə edən geniş əməkdaşlıq platforması formalaşmışdır. Bu gün Azərbaycan ilə İtaliya arasında bir çox sahələrdə uğurlu tərəfdaşlıq mövcuddur. Artıq, Azərbaycan ilə İtaliya arasında həm neft, həm də qeyri-neft sektorlarında uğurlu və dinamik əməkdaşlıq yaranıb. İkitərəfli münasibətlər gündən-günə inkişaf edir və mövcud olan geniş hüquqi baza bu əlaqələrin daha da dərinləşməsinə münbit şərait yaradır. Xüsusilə enerji, ticarət, sənaye, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq iki ölkə arasında qarşılıqlı etimada əsaslanır. İtaliya, həmçinin tarixə qovuşmuş Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləmişdir. İtaliya Senatının Cənubi Qafqazla bağlı qəbul etdiyi qətnamə də bu dəstəyin bariz nümunəsidir. Həmin sənəddə Cənubi Qafqazda davamlı sülhün bərqərar olunması və münaqişələrin beynəlxalq hüququn, xüsusilə də dövlətlərin ərazi bütövlüyü prinsipinə uyğun həllinin vacibliyi vurğulanmışdır. Bu cür yanaşmalar Azərbaycan-İtaliya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bir daha təsdiq edir”.
K.Bayramov vurğulayıb ki, Azərbaycan və İtaliya arasında münasibətlər son illərdə, sadəcə, ikitərəfli əlaqələr çərçivəsində deyil, həm də regional və qlobal müstəvidə strateji əməkdaşlıq modelinə çevrilib:
“İki dövlətin prezidentlərinin son görüşləri, imzalanmış sənədlər və həyata keçirilən layihələr göstərir ki, tərəflər münasibətlərin daha da dərinləşdirilməsində maraqlıdırlar.
Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Prezidenti Sercio Mattarella mətbuata bəyanatlarla çıxış ediblər. Dövlət başçımız bildirib ki, “Yəni, bu dinamika, bu əməkdaşlıq çərçivələrinin genişləndirilməsi ilk növbədə bizim səmimi münasibətlərimizdən xəbər verir. Yəni, energetika, sənaye sahəsindəki əməkdaşlıq humanitar sahədəki əməkdaşlığa da yol açdı. Artıq İtaliya-Azərbaycan Universitetində yüzlərlə tələbə oxuyur və bu, bizim üçün yeni bir təhsil ocağı olacaq. Burada təhsil alan və alacaq tələbələr həm yüksək biliklərə malik olacaqlar, eyni zamanda, təbii olaraq İtaliyanın Azərbaycandakı, Azərbaycanın İtaliyadakı elçilərinə çevriləcəklər. Yəni bu, bizim dostluğumuzu daha da gücləndirəcək.”
Öz növbəsində İtaliya Prezidenti bəyanatla çıxış edərək bildirib ki, İtaliya ilə Azərbaycan artıq mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlığa başladılar. Bu, əslində strateji tərəfdaşlığımızın və 10 il əvvəl imzalanmış sazişdə qeyd olunanların tam, səmərəli şəkildə həyata keçirilməsi deməkdir. Bu, bizim ölkələrimizin münasibətlərini inkişaf etdirir. Bu, nəinki sənaye və enerji sahələrində, həmçinin mədəniyyət sahəsində də əməkdaşlıqdan xəbər verir. Göründüyü kimi, İtaliya-Azərbaycan Universitetində təhsil alan gənclər yalnız bilik əldə etməyəcək, həm də iki ölkə arasında mədəni körpü rolunu daşıyacaqlar. Bundan əlavə, İtaliyada təşkil olunan Azərbaycan mədəniyyəti günləri və digər humanitar layihələr xalqlarımızın bir-birini daha yaxşı tanımasına imkan yaradır”.
Deputat diqqətə çatdırıb ki, hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri çərçivəsində keçirilən görüşlərdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində oynadığı mühüm rola geniş şəkildə toxunulmuş, bu sahədə ölkəmizə olan etimad ifadə edilmişdir:
“Bildirilmişdir ki, Azərbaycan qarşıdakı illərdə də qlobal enerji təhlükəsizliyinə töhfəsini daha da artıracaq. Prezident İlham Əliyev çıxışlarında və beynəlxalq görüşlərində bu məqamı xüsusilə vurğulayır ki, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Azərbaycan neftinin böyük bir hissəsi məhz İtaliya istiqamətinə ixrac olunur və bu sahədə çox səmərəli əməkdaşlıq mövcuddur. Eyni zamanda, hər iki tərəf əminliklə bildirir ki, mövcud enerji tərəfdaşlığı gələcəkdə daha da dərinləşəcək və qarşılıqlı faydalı əməkdaşlıq yeni mərhələyə keçəcəkdir. Hazırda Azərbaycan Cənubi Qafqazda İtaliyanın əsas ticarət tərəfdaşıdır. Belə ki, bu ölkənin Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizini Azərbaycan ilə ticarət təşkil edir. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 11 milyard 390 milyon dollar olub. Ötən il Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 24 faizi İtaliyanın payına düşüb. Azərbaycan xüsusən də enerji məhsullarını Avropa bazarına İtaliya vasitəsilə ixrac edir. Ölkəmizin Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya bazarına mavi yanacaq ixrac etməsi ticarət dövriyyəsinin həcminə birbaşa təsir göstərib. Azərbaycan ötən il Avropaya qaz tədarükünü 8.6 faiz artaraq 12.9 milyard kubmetrə çatdırıb. Ölkəmizin mavi yanacaq ixracının coğrafiyası getdikcə genişlənir. Artıq bu siyahıda 14 ölkə yer alır. Respublikamız növbəti mərhələdə qaz ixracını 20 milyard kubmetrədək artırmağı hədəfləyib və bu, tam realdır”.
Leyla Turan
Demokrat.az