"Qarabağ"ın futbolçusu Emmanuel Addainin qolu UEFA Çempionlar Liqasında həftənin ən yaxşısı adına layiq görülüb
Demokrat.az xəbər verir ki, bu, azarkeşlərin səsverməsinə əsasən mümkün olub.
24 yaşlı hücumçu Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qalib gəldikləri II turun matçında fərqlənib. Forvard "köhlən atlar"ın ikinci qoluna imza atıb.
Addaidən başqa, İngiltərənin "Mançester Siti" klubundan Erlinq Haland, "Monako"dan Cordan Teze, Niderland təmsilçisi PSV-dən İsmael Saibari də namizəd idi.
Qeyd edək ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Kopenhagen"i 2 cavabsız qolla üstələyib.