Türkiyə mediası bizdən yazır: Möcüzənin adı — "Qarabağ"

İDMAN 01 oktyabr 2025, 23:52
Xəbər verdiyimiz kimi, Çempionlar Liqasında çıxış edən "Qarabağ" evdə Danimarka klubu "Kopenhagen" üzərində 2:0 hesablı qələbə qazanıb. Bundan əvvəl "Benfika"nı yenən (3:2) Ağdam klubu turnirdə maksimum nəticə göstərib.

Demokrat.az xəbər verir ki, Liqa mərhələsində ardıcıl ikinci qələbəsini qazanan "Qarabağ" böyük sürprizə imza atıb.

"Qarabağ"ın qələbəsinə Türkiyə mediası da biganə qalmayıb. 

Məşhur "NTV Spor" saytı təmsilçimizin qələbəsini oxucularına "Möcüzənin adı "Qarabağ" başlığı ilə təqdim edib.

"Turnirin favoritləri arasında göstərilməyən "Qarabağ" 36 komanda arasında ümumi dəyəri ilə 34-cü pillədə qərarlaşır. Klubun heyətinin bazar dəyəri 24,83 milyon avro olaraq göstərilir. "Qarabağ" növbəti turda İspaniyada "Athletic Bilbao"nun qonağı olacaq", deyə sayt yazıb.

"SporX" saytı isə tarixim qələbəni "Qarabağ" Çempionlar Liqasında 2-də 2 etdi" təqdim edib.

"Çoxlarının Çempionlar Liqası proqnozlarının son pilləsinə yaxınlaşacağını gözlədiyi “Qarabağ” hər iki matçda qalib gələrək böyük sürprizə imza atdı. “Qarabağ” Çempionlar Liqasının 36 komandası arasında komanda qiymətləndirməsinə görə 34-cü yerdədir. Azərbaycan komandasının ümumi heyətinin dəyəri 24,83 milyon avrodur", deyə sayt yazıb.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 oktyabr 2025, 00:07
Top