“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin elan etdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, “Azərenerji” tərəfindən Kəlbəcər şəhər, Eyvazlı KSES-lərin tikintisi və yeni tikilən KSES-lərin enerjisistemə inteqrasiyası işləri üçün keçirilən tender müsabiqəsinin qalibi “Electro İndustries” QSC (VÖEN – 1401861671) olub.
“Azərenerji” tenderin qalibi olan “Electro İndustries” QSC-yə 36 milyon 150 min 496 manat 13 qəpik ödəyəcək.
Qeyd edək ki, “Electro İndustries” QSC ötən ay “Azərenerji”nin keçirdiyi 24 milyon, avqust ayında keçirdiyi 21 milyon, həmçinin ötən il keçirdiyi 41 milyon manatlıq tenderlərin qalibi olub.
Məlumat üçün bildirək ki, “Electro İndustries” QSC 21 oktyabr 2010-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 min manat olan QSC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu Heydər Əliyev prospekti, ev 187B-də yerləşir. “Electro İndustries” QSC-nin sahibi Əliyev Ziyad Taqif oğlu, qanuni təmsilçisi isə Qurbanov Emin Telman oğludur.
Məlumat üçün onu da bildirək ki, “Electro İndustries” QSC “Azərenerji” ASC-nin prezidenti Baba Rzayevlə qohumluq əlaqələri olan şəxslərə məxsusdur.