“Qarabağ” Skandinaviya səddini aşdı — CANLI (YENİLƏNİB)

İDMAN 01 oktyabr 2025, 22:45
Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

Demokrat.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II turda Danimarkanın "Kopenhagen" klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.

28-ci dəqiqədə Abdullah Zubir fərqlənib. 83-cü dəqiqədə Emmanuel Addai adını tabloya yazdırıb.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"ya qalib gəlib - 3:2. "Kopenhagen" isə evdə Almaniyanın "Bayer 04" klubu ilə heç-heçə edib - 2:2.

***
22:28


Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda növbəti qol vurulub.

Demokrat.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi hesab arasındakı fərqi artırıb - 2:0.

83-cü dəqiqədə Emmanuel Addai baxımlı qola imza atıb.


***
21:49

Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ikinci hissə başlayıb.

Demokrat.az-ın
məlumatına görə, Azərbaycan təmsilçisi hesabda öndədir - 1:0.

28-ci dəqiqədə Abdullah Zubir fərqlənib.

***
21:33

Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ilk hissə başa çatıb.

Demokrat.az-ın
məlumatına görə, Azərbaycan təmsilçisi fasiləyə öndə yollanıb - 1:0.

28-ci dəqiqədə Abdullah Zubir fərqlənib.

***
21:14

Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ilk qol vurulub.

Demokrat.az-ın
məlumatına görə, Azərbaycan təmsilçisi hesabı açıb.

28-ci dəqiqədə Abdullah Zubir fərqlənib.

***

20:45

Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında təşkil olunan UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu başlayıb.


Demokrat.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 20:45-də start götürüb.

Qarşılaşmanı Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük idarə edir.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"ya qalib gəlib - 3:2. "Kopenhagen" isə evdə Almaniyanın "Bayer 04" klubu ilə heç-heçə edib - 2:2.
 

 

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 oktyabr 2025, 00:07
Top