AYNA-nın milyonluq sifarişlərini tendersiz udan şirkət kimə bağlıdır? — ARAŞDIRMA

GÜNDƏM 01 oktyabr 2025, 22:55

Ötən gün yerli mediada Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) böyük məbləğdə tendersiz satınalmalar həyata keçirdiyinə dair məlumatlar yayılıb. 

Tribunainfo.az xəbər verir ki, FED.az saytının bununla bağlı apardığı araşdırmada bir sıra mətləblərə aydınlıq gətirilib.

Orada qeyd edilir ki, AYNA bir neçə hissə ilə eyni şirkətə sifariş verib. Belə ki, AYNA Bakı şəhəri və respublikanın digər ərazilərində xətləmə və nişanlama işi ilə bbağlı böyük sifarişləri tendersiz olaraq STP-BTECH MMC-yə həvalə edib.

Agentliklə "STP-BTECH" MMC-nin əməkdaşlığı 2024-cü ildən, "STP-BTECH" yarananan dərhal sonra başlayıb.

Məlumatda bildirilir ki, 2024-cü ilin sentyabrında şirkət AYNA-dan tendersiz ilk sifariş alıb – Ölkə ərazisində, o cümlədən Bakı şəhərində nişanlanma işləri üçün Agentlik "STP-BTECH"ə  3 milyon 669 min manatlıq sifariş verib.

Təxminən həmin vaxtda Agentlik “STP-BETCH” MMC ilə tendernsiz 2-ci müqaviləsini bağlayıb – Təmir olunan küçə və prospektlərdə eləcə də əsas magistral yollarda yol nişanlarının quraşdırılması və xətlənmə işləri üzrə müqaviləyə əsasən Agentlik bu işlərə görə şirkətə 16 milyon 924 min manat vəsait ödəməlidir.

2025-ci ilin mayında şirkət AYNA-dan növbəti tendersiz sifariş alıb – “STP-BTECH” ilə (VÖEN-i 2907446991) Respublika ərazisində xətlənmə işlərinə görə, 17 milyon 603 min manatlıq müqavilə imzalanıb. Bundan cəmi 1 ay sonra AYNA “STP-BTECH” ilə yenə də respublika ərazisində yolların nişanlanma işlərinin satın alınması üzrə növbəti tendersiz müqavilə imzalayıb – bunun məbləği 14 milyon 692 min manat olub.

Başqa sözlə, AYNA demək olar ki, eyni tipli işlərin görüşlməsi üçün bir ildən də az olan müddətdə eyni şirkətə 52,9 milyon manatlıq tendersiz sifariş verib.

Maraqlıdır ki, adətən tendersiz, bir mənbədən olan müqavilələr mürəkkəb, bir şirkətin həyata keçirməsi ilə mümkün olan işlər üzrə bağlanılır. Yolların xətlənməsi xidməti isə belə işlərə aid deyil.

FED.az-ın yazdığına görə, “STP-BTECH” MMC 2024-cü ildə yaradılıb, nizamnamə kapitalı 240 min manat olan şirkətin qanuni təmsilçisi isə Emre Yalcındır.

Lakin Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı “STP-BTECH” MMC-nin qanunu təmsilçisinin Emre Yalçın olmadığı qeyd olunur. Əksinə, həmin şirkətin Sumqayıt Texnologiya Parkında qeydiyyatdan keçdiyi və qanuni təmsilçisinin isə Qurbanzadə Səlim Səlim oğlu olduğu vurğulanır. Güman ki, Emre Yalçın şirkətin təsisçisidir. Və ya çox da üzdə olmasın deyə, önə verilmiş şəxslərdən biridir.

Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, Səlim Qurbanzadə heç də kiçik adam deyil. Daha doğrusu, onun AYNA-nın sifarişlərini tendersiz udması heç də öz gücünə olan məsələ deyilmiş. Bu məsələdə onun əsas dayağı qardaşı Aqil Səlim oğlu Qurbanovdur. Cənab Qurbanov 2022-ci ildə müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini vəzifəsinə təyin olunub. Lakin bu postda iki il qaldıqdan sonda yeni vəzifə alıb. Bu dəfə o, “Azərsilah”ın Müşahidə Şurasının sədri təyin edilib.

Qeyd edək ki, “Azərsilah”ın sədri 1986-cı il doğumlu nazir müavini Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb. Daha sonra London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr oxuyub.

Onun karyerası “PAŞA Holding” MMC-də investisiyalar üzrə direktor, daha sonra “Sumqayıt Texnologiyalar Parkı”nın Müşahidə Şurasının sədrliyindən başlayıb. Hazırda isə “Azərsilah” Müşahidə Şurasının sədri postunu tutur.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 oktyabr 2025, 00:07
Top