“Nikol Paşinyanın Zəngəzur dəhlizi və yaxud Tramp yolunun açılmasından yayınması mümkün deyil. Çünki bu, Vaşinqtonda imzalanan sazişlə Ermənistanın öz üzərinə götürdüyü öhdəlikdir. Hesab edirəm ki, bu, sülh müqaviləsinin imzalanmasına aparan bir öhdəlikdir. Ermənistan konstitusiyasından ərazi iddialarının çıxarılmaması və Tramp dəhlizinin açılmaması sülh sazişinin imzalanmasını şübhə altında qoyar və ləngidər”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
O bildirib ki, Paşinyan Rusiya lideri ilə görüşü zamanı daha çox Rusiyanı məmnun edəcək bəyanatlar səsləndirə bilər, lakin ortada imzalanmış sənəd var:
“Ona görə hesab edirəm ki, bu, Paşinyanın daha çox populist və ictimaiyyəti manipulyasiya etməyə öyrənmiş bir siyasətçi olmasından irəli gəlir.
Paşinyan ona qarşı olan təzyiqləri azaltmaq üçün belə fikirlər səsləndirə bilər, amma fakt budur ki, Ermənistan üzərinə öhdəlik götürüb.
Tramp dəhlizi açılmalıdır. Bu dəhlizin açılmasından yayınmaq Ermənistan iqtidarına daha çox neqativ təsir göstərə bilər”.
Cavidan Mirzəzadə
Demokrat.az