Xalq artisti Zabit Nəbizadə allergiyadan necə müalicə olunduğunu açıqlayıb.
Xanəndə bu barədə "İncə səhər" verilişində danışıb. O bildirib ki, allergiyaya qarşı xalq təbabətindən istifadə edir:
"Allergiyaya qarşı mənə tut yarpağı məsləhət görüblər. Oktyabrın sonu, noyabrın əvvəllərində ağacdan yığıb qurudursan. Sonra onu dəmləyib içirəm. Bir gün uşaqlara da demişəm ki, Space TV-nin qarşısındakı tut ağacından mənə yarpaq yığıb gətirsinlər. Bir tələbəm soruşdu ki, nə edirsən? Cavab verdim ki, allergiyama görə içəcəyəm. Dedi, sizə ud hindi gətirəcəyəm. İndi allergiyamı onunla müalicə edirəm". (axşam.az)


