YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Üç bürcün qara zolağı bu həftəsonu başa çatacaq

Üç bürcün qara zolağı bu həftəsonu başa çatacaq

Noyabrın 13-dən etibarən üç bürcün həyatında müsbət dəyişikliklərin başlayacağı gözlənilir. Son aylarda çətinliklər və məyusluqlarla üzləşən bu bürclərin nümayəndələri üçün qarşıdakı günlərin daha uğurlu keçəcəyi proqnozlaşdırılır.

Demokrat.az xəbər verir ki, bu barədə "YourTango" astrologiya mütəxəssislərinin şərhlərinə istinadən məlumat yayıb.

Astroloqların fikrincə, noyabrın 13-də Merkuri planetinin retrograd hərəkətini başa vuraraq düz hərəkətə keçməsi ünsiyyətə, şəxsi münasibətlərə, iş və maliyyə məsələlərinə müsbət təsir göstərə bilər. Astroloq Elizabet Brobek bu tarixi bəzi bürclər üçün dönüş nöqtəsi hesab edir.

Əkizlər

Merkurinin düz hərəkətə başlaması Əkizlər bürcünün nümayəndələrinə xüsusilə müsbət təsir edəcək. Son dövrlərdə yaxınlarla anlaşılmazlıqlar, iş yerində fikir ayrılıqları və ünsiyyət problemləri yaşayanların vəziyyəti tədricən yaxşılaşacaq.

Astroloqların qənaətinə görə, Əkizlər üçün yeni mərhələ başlayır. Son həftələrdə yaşanan gərginliklərdən nəticə çıxarmaq və keçmişdə qalan problemləri arxada qoymaq mümkün olacaq. Bununla da yeni planları həyata keçirmək üçün əlverişli şərait yaranacaq.

Qız

2026-cı il Qız bürcü üçün şəxsi və peşəkar həyatda müəyyən çətinliklərlə yadda qala bilər. İşlərin gözləniləndən ləng getməsi, planların dəyişməsi və əvvəlki problemlərin yenidən gündəmə gəlməsi bu bürcün nümayəndələrini yora bilər.

Lakin noyabrın 13-dən sonra vəziyyətin dəyişəcəyi proqnozlaşdırılır. Xüsusilə maliyyə sahəsində müsbət yeniliklər, gözlənilməz hədiyyələr və ətrafdakı insanların dəstəyi gündəmə gələ bilər. İş həyatında isə indiyədək göstərilən səylərin qiymətləndirilməsi, hətta vəzifə yüksəlişi ehtimalı da var.

Əqrəb

Əqrəblər üçün də noyabrın 13-ü daha əlverişli dövrün başlanğıcı hesab olunur. Oktyabr ayından etibarən Merkurinin bu bürcdə retrograd hərəkəti qərarları, gələcək planları və şəxsi prioritetləri yenidən nəzərdən keçirməyə səbəb olub.

Astroloqların fikrincə, planetin düz hərəkətə keçməsi ilə işlər tədricən yoluna düşəcək. Əqrəblər qarşılarına qoyduqları məqsədləri daha aydın görəcək və onları reallaşdırmaq üçün konkret addımlar atmağa başlayacaqlar.

Bundan başqa, yeni tanışlıqlar və faydalı əlaqələr üçün də imkanların yaranacağı bildirilir. Uğurun əldə olunmasında düzgün insanlarla ünsiyyətin mühüm rol oynayacağı vurğulanır.