Bəzi insanların ətrafındakılara rəhbərlik etmək, təşəbbüsü ələ almaq və başqalarını öz arxasınca aparmaq qabiliyyətinin daha güclü olduğu iddia edilir. Astrologiya və numerologiyaya görə, bu xüsusiyyətlər xüsusilə ilin dörd ayında dünyaya gələnlərdə özünü göstərir.
Demokrat.az xəbər verir ki, bu barədə "Parade" jurnalı yazıb.
Astroloji yanaşmaya əsasən, yanvar, aprel, avqust və dekabr aylarında doğulan insanlar liderlik keyfiyyətləri, qərarlılıqları və özlərinə inamları ilə seçilirlər. Onların gücü yalnız fikirlərini müdafiə etməkdə deyil, həm də başqalarını inandırmaq və düzgün istiqamət göstərmək bacarığındadır.
Yanvar
Yanvarda doğulanların nüfuzu başqalarına hökm etmək istəyindən deyil, davranışlarından və məsuliyyətli yanaşmalarından qaynaqlanır. Oğlaq və Dolça bürclərinin nümayəndələri çətin vəziyyətlərdə təşəbbüsü öz üzərinə götürməyi bacarırlar. Onlar qərar verməzdən əvvəl vəziyyəti təhlil etməyə, mümkün riskləri hesablamağa üstünlük verirlər. Bu xüsusiyyətləri ətrafdakıların onlara etibar etməsinə və məsləhət üçün müraciət etməsinə səbəb olur.
Aprel
Apreldə dünyaya gələnlər isə liderlik təklifini gözləmək əvəzinə, özləri irəli çıxmağa meyillidirlər. Qoç və Buğa bürclərinin nümayəndələri cəsarətli addımlar atmaqdan çəkinmir, çətinliklər qarşısında geri çəkilmirlər. Onların qərarlılığı başqalarına da motivasiya verir. Səhvlərindən nəticə çıxarmaq və yeni vəziyyətə uyğunlaşmaq bacarığı da liderlik xüsusiyyətləri sırasında göstərilir.
Avqust
Avqustda doğulanlar təbii özünəinamları və xarizması ilə fərqləndirilir. Şir və Qız bürclərinin nümayəndələri diqqəti cəlb etməyi, insanları ruhlandırmağı və öz nümunələri ilə ətrafdakılara təsir göstərməyi bacarırlar. Onların liderliyi sərt idarəçilikdən daha çox, başqalarını dəstəkləmək və uğurlarına sevinmək üzərində qurulur. Bu insanların özlərinə inamının ətrafdakılara da müsbət təsir etdiyi bildirilir.
Dekabr
Dekabrda doğulanlar uzaq perspektivi görmək və çətinliklərə baxmayaraq məqsədlərinə inanmaq qabiliyyəti ilə seçilirlər. Oxatan və Oğlaq bürclərinin nümayəndələri dəyişikliklərdən və yeni başlanğıclardan çəkinmirlər. Onlar müvəqqəti maneələrə deyil, uzunmüddətli hədəflərə diqqət yetirirlər. Optimist yanaşmaları və geniş düşüncə tərzləri ilə ətrafdakıları da daha böyük məqsədlər qoymağa həvəsləndirirlər.


