YapiKredi Müraciət Forması
İdman Özəl

Osimhenin meydana qayıdış tarixi bəlli oldu

Osimhenin meydana qayıdış tarixi bəlli oldu

"Qalatasaray"ın ulduz futbolçusu Viktor Osimhenin yaşıl meydanlara dönüş planı müəyyənləşib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Fanatik" nəşri məlumat yayıb.

Bildirilir ki, İstanbul təmsilçisi Çempionlar Liqasının "Ştutqart"la matçında dizindən zədələnən nigeriyalı hücumçunu mövsümün vacib oyunlarına qədər hazır vəziyyətə gətirməyə çalışır. 27 yaşlı forvard "Samsunspor"la keçiriləcək qarşılaşmaya hazırlıq prosesində komandanın məşqlərində iştirak etməyib.

Klub rəhbərliyi və məşqçilər korpusunun ilkin planına əsasən, Osimhenin "Aston Villa" ilə görüşdə meydana qayıtması gözlənilir. Onun həmin oyunda nə qədər vaxt alacağı isə fiziki vəziyyətindən və qarşılaşmanın gedişindən asılı olacaq.

Lakin "Qalatasaray"ın əsas hədəfi nigeriyalı futbolçunu əzəli rəqibi "Beşiktaş"la derbiyə tam hazır vəziyyətə gətirməkdir. Komanda Osimhenin bu görüşdə 90 dəqiqə oynaya biləcək fiziki formaya çatmasını istəyir.

Qeyd edək ki, Osimhen cari mövsüm bütün turnirlərdə 11 oyunda meydana çıxıb. O, 10 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu Türkiyə Super Liqasında isə 8 matçda 9 qol və 3 assistlə komandasının ən məhsuldar futbolçularından birinə çevrilib.