YapiKredi Müraciət Forması
Kriminal Özəl

Bakıda kişi hotelə apardığı qadınla dava saldı — İş məhkəməyə getdi

Bakıda kişi hotelə apardığı qadınla dava saldı — İş məhkəməyə getdi

Bakının Nərimanov rayonunda hoteldə cütlük arasında dava düşüb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 25 yanvar 2026-cı il tarixində baş verib.

Qəbələ rayon sakini, 1990-cı il təvəllüdlü Arif tanışı Təranə (adlar şərtidir – red.) ilə əylənmək üçün rayon ərazisində yerləşən hotellərdən birinə gəlib.

Hotelin 303-cü otağında gecələyən cütlüyün arasında mübahisə yaranıb. Təxminən saat 05:30 radələrində baş verən münaqişə zamanı Arif Təranənin baş nahiyəsinə bir dəfə yumruqla zərbə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Arif barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs məhkəmədə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxslə barışdığını və bir daha belə hallara yol verməyəcəyini bildirib.

Zərərçəkmiş Təranə də ifadəsində təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını deyib.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Arif cinayət məsuliyyətindən azad edilib və cinayət işi üzrə icraata xitam verilib.

Fariz Məlikli

Editor
Redaktor