Bakıda 18 yaşlı oğlan yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda və seksual xarakterli digər hərəkətlər etməkdə ittiham olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini, 2008-ci il təvəllüdlü Rəvan 2023-cü ilin müxtəlif vaxtlarında yetkinlik yaşına çatmayan Ruqiyyə (adlar şərtidir – red.) ilə cinsi əlaqədə olub və seksual xarakterli digər hərəkətlər edib.
İstintaq sənədlərinə əsasən, ilk hadisə 2023-cü ilin mayında, saat 19 radələrində baş verib. Növbəti hadisə həmin ilin avqust ayının ortalarında, yenə saat 19 radələrində olub. Daha sonra 2023-cü ilin oktyabr ayının əvvəllərində və 2024-cü ilin may ayının əvvəllərində, gecə saat 03 radələrində analoji hadisələr baş verib.
Rəvanın Ruqiyyə ilə ilk dəfə cinsi əlaqədə olduğu zaman 11-ci sinifdə oxuduğu, 2023-cü ilin mayında isə həmin sinfi bitirdiyi qeyd olunub. Bundan sonra da yetkinlik yaşına çatmayan qızla münasibətlərini davam etdirib.
Rəvan qızla həm cinsi əlaqədə olub, həm də seksual xarakterli digər hərəkətlər edib. Bu hərəkətlərin onun yaşadığı evdə və idarə etdiyi avtomobildə törədildiyi bildirilir.
Rəvan barəsində Cinayət Məcəlləsinin 152.4.1-ci (on altı yaşına çatmayan şəxslə təkrar cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmədə ifadə verən Rəvan özünü təqsirli bilməyib. O bildirib ki, zərərçəkmiş Ruqiyyəni məşq etdiyi idman zalından tanıyıb. Onun sözlərinə görə, həbs edilən zaman Suraxanı rayonundakı orta məktəblərdən birinin rus bölməsində 11-ci sinifdə təhsil alıb.
Təqsirləndirilən şəxs 11 il cüdo ilə məşğul olduğunu, son vaxtlar isə kikboksinqlə məşğul olduğunu deyib. Onun sözlərinə görə, yaşadığı rayon ərazisindəki idman zalında Tural adlı məşqçinin rəhbərliyi ilə məşq edib.
Rəvan ifadəsində bildirib:
"Cüdo üzrə 15-17 yaşlılar arasında Avropa çempionu olmuşam. Yaşadığım ünvana yaxın yerləşən idman zalına da məşqə getmişəm. Həmin zalda Ruqiyyə də məşq edib. Onun məşqçisi başqa şəxs olub. Biz ayrı-ayrı vaxtlarda məşq etmişik. Bəzən məşq üçün gələndə Ruqiyyənin qrupu da zalda olurdu. Ruqiyyə ilə yalnız salamlaşmışam. Aramızda dostluq münasibəti olmayıb. Sadəcə bir-birimizə hörmət etmişik, idman və yarışlar barədə danışmışıq".
Təqsirləndirilən şəxsin sözlərinə görə, Ruqiyyə bir-iki dəfə ona yaxınlaşaraq xoşunun gəldiyini və sevgili olmaq istədiyini deyib.
"Mən etiraz edərək ona ‘yox" demişəm. Özümdən çıxaraq ona sərt cavab vermişəm. Ruqiyyə idmandakı nailiyyətlərimə görə mənə yaxınlaşıb və müəyyən vaxtdan sonra ailə münasibətinə qədər getmək istəyib. Ona görə də onunla sərt danışmışam və həmin söhbətdən sonra qız mənimlə əlaqəni kəsib. Ruqiyyənin nömrəsi məndə olsa da, heç vaxt yazışmamışıq. Cavablarımdan sonra məni bloka atıb.
Mənim ona qarşı cinsi istəyim və marağım olmayıb. Onunla heç bir cinsi münasibətim olmayıb. Ümumiyyətlə, heç kimi sevməmişəm, heç kimlə sevgili münasibətində olmamışam. Fikrimi idmana vermişəm. Məşqçim də mənə qızlarla münasibət qurmamağım barədə xəbərdarlıq edib.
Ruqiyyə heç vaxt mənim yaşadığım evdə olmayıb. Qaraj uzun müddət kirayəyə verilib və orada ailə yaşayıb. Atama məxsus avtomobil adətən qarajın qarşısında saxlanılıb. Məşq etdiyi zal evimizin yaxınlığında olduğundan Ruqiyyə zala gələndə həmin avtomobili görə bilər. Ruqiyyə həmçinin dostum Nihaddan evimiz barədə ətraflı məlumat alıb. Onun danışdıqlarının hamısı yalandır".
Zərərçəkmiş Ruqiyyə isə məhkəmədə fərqli ifadə verib. O, Rəvanla münasibətləri və aralarında baş verdiyini bildirdiyi hadisələr barədə geniş ifadə verib.
Ruqiyyənin sözlərinə görə, 2023-cü ilin mayında Nərmin adlı rəfiqəsi ilə parkda gəzərkən Rəvanla tanış olub və onunla dostlaşıb. Onlar bir-birlərinə telefon nömrələrini veriblər.
Zərərçəkmiş bildirib ki, arada "WhatsApp" vasitəsilə yazışıblar:
"Elə olub ki, sözlərimiz uyğunlaşıb və Rəvan mənə intim yerlərinin fotolarını göndərib. Mən bunun səbəbini soruşdum. O, hisslərimin oyanması üçün göndərdiyini dedi. Sonra söhbətlərimiz yaxşı davam etdi və demək olar ki, sevgili olduq. Rəvan məndən də şəkil istədi. Mən çılpaq şəklimi ona göndərdim. Bir müddət sonra Rəvan mənə cinsi əlaqədə olmağı təklif etdi. Mən də razılaşdım".
Ruqiyyə bildirib ki, ad günündən təxminən 10-15 gün sonra Rəvan evdə tək olduğunu və onunla cinsi əlaqədə olmaq istədiyini deyib. Onun sözlərinə görə, Rəvanın çağırışı ilə yaşadığı evə gedib:
"Rəvanın yaşadığı evi əvvəlcədən tanıyırdım. Saat təxminən 18-19 radələri olardı ki, evin yaxınlığına gəldim. O, məni qarşıladı və birlikdə evə keçdik. Evdəki divanda oturaraq bir qədər söhbət etdik. Rəvan məni qucaqlayıb öpdü, sonra soyunduq və əlaqədə olduq. İlk dəfə əlaqədə olduğumuz zaman məndən qan gəlmədi. Rəvan bunun səbəbini soruşanda bilmədiyimi, ilk dəfə onunla cinsi əlaqədə olduğumu dedim".
Zərərçəkmişin ifadəsinə görə, bundan sonra bir müddət Rəvanla əlaqə saxlamayıb. Təxminən iki ay sonra yenidən "WhatsApp"da danışıb və bir neçə gün sonra Rəvanın evinə gedib:
"Əlaqədə olduqdan sonra paltarlarımı geyindim. Bu zaman Rəvan məndən seksual xarakterli hərəkət etməyimi istədi. Mən etiraz etsəm də, Rəvan boynumdan tutaraq mənə qarşı zor tətbiq etdi".
Ruqiyyənin sözlərinə görə, bundan sonra bir müddət danışmayıblar. Daha sonra, 2023-cü ilin oktyabrında gecə saat 02:00 radələrində Rəvan ona zəng edərək cinsi əlaqədə olmaq üçün evlərinə çağırıb.
"Mən də yaşadığım evdən gizlincə çıxaraq 10-15 dəqiqə piyada getdim və Rəvangilin evinə çatdım. O, məni qarşıladı və qaraja keçdik. Atasının avtomobilinin açarı Rəvanın əlində idi. Qarajda kamera olduğundan Rəvan dedi ki, elə keçim ki, kamerada görünməyim. Qarajda olan "Mercedes" markalı avtomobildə cinsi əlaqədə olduq. Bir müddət sonra yenə Rəvangilin evinə getdim. Qarajda olan avtomobilin kapotunun üzərində də cinsi əlaqədə olduq. Ümumilikdə iki dəfə kapotun üzərində əlaqədə olmuşuq. Rəvan mənimlə tam deyil, yarımçıq əlaqədə olub".
Zərərçəkmiş bildirib ki, bir müddət sonra Rəvan ona artıq danışmamağı və nişanlanacağını deyib:
"Mən də dedim ki, yolun açıq olsun. Beləliklə, əlaqələrimiz kəsildi. Lakin başqa bir şəxsin də mənimlə əlaqədə olması ilə bağlı şikayət edərkən polis əməkdaşları məndən digər şəxslə münasibətimin olub-olmadığını soruşdular. Əgər olubsa, bunu özümün könüllü deməyimi, əks halda telefonumdakı mesajlardan müəyyən edə biləcəklərini bildirdilər. Mən də həmin vaxt Rəvanla əlaqədə olduğumu dedim.
Mən Rəvanla idman zalında deyil, parkda tanış olmuşam. İdman zalında 2023-cü ilin sentyabrından məşq etməyə başlamışam. Rəvanla zorla yox, könüllü olaraq cinsi əlaqədə olmuşam. Çünki bir-birimizə qarşı hisslərimiz olub. Münasibətdə olmağı ilk dəfə Rəvan təklif edib. Mən də rədd etməmişəm, çünki onu sevmişdim. Ailəm Rəvanla görüşdüyümü bilməyib. Gecə evdən çıxanda ailə üzvlərimin bundan xəbəri olmayıb".
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəvan 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, onun cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi müəyyənləşdirilib.


