Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.
Demokrat.az oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonunda qeydə alınıb.
Belə ki, 2002-ci il təvəllüdlü Əli Mahmudov bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Ə.Mahmudovun sözlərinə görə, tanımadığı şəxs tərəfindən bıçaq xəsarətləri alıb.
Hadisəsi törətməkdə şübhəli bilinən 50 yaşlı kişi saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.


