İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa İranla bağlı hərbi əməliyyatların yenidən başlanması üçün hər gün telefonla müraciət edir.
Demokrat.az bu barədə "Haber Global"-istinadən xəbər verir.
Məlumata görə, Netanyahu Tehrana qarşı yeni hərbi hücumların həyata keçirilməsində israrlıdır. Onun bu istiqamətdəki çağırışlarına baxmayaraq, Ağ Ev daxilində və xaricində müharibənin yenidən alovlanmasını istəməyən qüvvələr Trampa təzyiqi azaltmağa çalışırlar.
Mənbələr bildiriblər ki, region ölkələrinin liderləri ABŞ prezidentini gərginliyi artırmamağa və danışıqlara üstünlük verməyə çağırırlar.
Donald Tramp isə Qətərin Baş naziri ilə görüşündən sonra Körfəz ölkələrinin mövcud vəziyyətin qorunmasının tərəfdarı olduğunu bildirib. O, İranla müharibənin başa çatdırılması istiqamətində müsbət irəliləyişin olduğunu və ABŞ-ın yeni zərbələr endirməsinin hazırda az ehtimal edildiyini qeyd edib.


