YapiKredi Müraciət Forması
Özəl Maraqlı

Qəhvə çöküntüsünü atmayın – Evdə 6 fərqli işə yarayır

Qəhvə çöküntüsünü atmayın – Evdə 6 fərqli işə yarayır

Qəhvə hazırladıqdan sonra qalan çöküntünü atmağa tələsməyin. Ondan məişətdə müxtəlif məqsədlər üçün istifadə etmək mümkündür.

Demokrat.az xəbər verir ki, qəhvə çöküntüsü xoşagəlməz qoxuların aradan qaldırılmasından tutmuş bitkilərə qulluğa qədər bir çox işdə köməkçi vasitə ola bilər.

Belə ki, qurudulmuş qəhvə çöküntüsünü kiçik qaba tökərək soyuducuda saxlamaq pis qoxuların azalmasına kömək edir. Soğan və sarımsaq doğradıqdan sonra əlləri onunla ovuşdurmaq da qoxunu aradan qaldıra bilər. Kobud teksturasına görə bəzi məişət səthlərinin təmizlənməsində də istifadə olunur.

Bundan başqa, qəhvə çöküntüsünü komposta əlavə etməklə torpağı üzvi maddələrlə zənginləşdirmək mümkündür. Bağçılıqda da köməkçi vasitə kimi istifadə edilə bilər. Lakin onu bütün bitkilərin torpağına birbaşa tökmək məsləhət görülmür.

Qeyd olunur ki, qəhvə çöküntüsündən istifadə etməzdən əvvəl onu yaxşıca qurutmaq lazımdır. Əks halda nəmlik səbəbindən kif yarana bilər.