YapiKredi Müraciət Forması
Özəl İkt

Süni intellekt 15 ilə 800 min insanın işini əlindən alacaq

Süni intellekt 15 ilə 800 min insanın işini əlindən alacaq

Süni intellektin əmək bazarına təsiri ilə bağlı yeni proqnoz açıqlanıb. Almaniyada qarşıdakı 15 il ərzində süni intellekt səbəbindən yüz minlərlə iş yerinin yox olacağı, eyni zamanda yeni məşğulluq imkanlarının yaranacağı gözlənilir.

Demokrat.az xəbər verir ki, Almaniya Federal Məşğulluq Agentliyinin rəhbəri Andrea Nahles süni intellektin növbəti 15 ildə ölkədə təxminən 800 min iş yerinin ixtisarına səbəb olacağını, lakin oxşar sayda yeni iş imkanları yaradacağını bildirib.

Onun sözlərinə görə, dəyişikliklərdən xüsusilə şirkətlərə xidmət göstərən müəssisələr, sığorta və bank sektorunda analitik vəzifələr daha çox təsirlənəcək. Nahles hesab edir ki, süni intellekt məşğulluğu tamamilə aradan qaldırmaqdan daha çox əmək bazarını dəyişdirəcək.

Agentlik rəhbəri bildirib ki, əl əməyinə əsaslanan sənət sahələri və nisbətən aşağı ixtisas tələb edən bəzi peşələr süni intellektə qarşı daha davamlıdır. Bununla belə, artıq heç bir peşə bu dəyişikliklərdən tam sığortalanmayıb.

Məlumata görə, Almaniyada hər dörd şirkətdən biri artıq süni intellektdən istifadə edir. Ölkədə gənclərin iş tapmaq imkanları da çətinləşir. Bu il peşə təhsili və təcrübə proqramları üzrə yerlərin sayı 6 faiz azalaraq təxminən 31 minə düşüb.

Nahles əlavə edib ki, Almaniya demoqrafik dəyişikliklər səbəbindən hər il xalis 500 min işçi itirir. Onun fikrincə, yaxın beş ildə ölkənin əsas problemlərindən biri ixtisaslı kadr çatışmazlığı olacaq.