YapiKredi Müraciət Forması
Dünya

Havada 24 saat: "Airbus" layneri Ginnesin Rekordlar Kitabına düşüb - VİDEO

Havada 24 saat: Airbus layneri Ginnesin Rekordlar Kitabına düşüb - VİDEO

"Airbus" sərnişin təyyarəsi eniş etmədən havada keçirilən saatların sayına görə yeni dünya rekorduna imza atıb, hava gəmisi uçuşda düz 24 saat vaxt keçirib.

Demokrat.az xəbər verir ki, bu barədə məlumat Ginnesin Rekordlar Kitabının rəsmi saytında yer alıb.

Təyyarə 24 saat 24 dəqiqə ərzində 23 100 kilometr məsafə qət edib. Səyahət 2026-cı ilin 27-28 iyul tarixlərində baş tutub. Avstraliyanın Melburn şəhərindən havaya qalxan layner Fransanın Tuluza şəhərində yerə enib. O, bir sutka ərzində Sakit okeanı, Şimali Amerikanı, Atlantik okeanını və Böyük Britaniyanı geridə qoyub.

Qeyd olunur ki, göyərtədəkilər uçuş zamanı iki dəfə günəşin doğuşunu və iki dəfə qürubunu izləyiblər.

Bundan əvvəlki ən uzun reys "Singapore Airlines" şirkətinə məxsus 18 saatdan çox çəkən Sinqapur-Nyu-York marşrutu hesab olunurdu.

Məlumata görə, "Airbus"ın bu uçuşu sınaq xarakteri daşıyıb və göyərtədə yalnız mühəndislər və pilotlardan ibarət 13 nəfər olub. Bu hava gəmisi xüsusi olaraq Avstraliyanın "Qantas" aviaşirkəti üçün hazırlanıb.

Tutumu 20 000 litr olan əlavə yanacaq çəninin köməyi ilə layner 22 saata qədər davam edən uçuşlar həyata keçirə biləcək.

Məlumata görə, adi sərnişinlər üçün bu xidmət 2027-ci ildən etibarən açıq olacaq. Oktyabr ayında Sidneydən Londona birbaşa reyslər başlayacaq. 2028-ci ilin ortalarından isə Sidney və Nyu-York arasında uçuşlar təklif ediləcək. (oxu.az)