YapiKredi Müraciət Forması
Özəl Maraqlı

Brokkolini belə bişirməyin – Faydalı xüsusiyyətlərini itirə bilər

Brokkolini belə bişirməyin – Faydalı xüsusiyyətlərini itirə bilər

Brokkolinin yanlış üsulla bişirilməsi onun tərkibindəki faydalı maddələrin azalmasına səbəb ola bilər. Xüsusilə uzun müddət qaynatmaq tərəvəzin qida dəyərinə mənfi təsir göstərir.

Demokrat.az xəbər verir ki, dietoloq Sol Fiqueroanın sözlərinə görə, brokkolinin suda qaynadılması zamanı C vitamini və qlüko­rafanin kimi suda həll olan maddələrin bir hissəsi suya keçir. Yüksək temperaturda və uzun müddət bişirmə isə antioksidant və iltihabəleyhinə xüsusiyyətlərin azalmasına səbəb ola bilər.

Mütəxəssislər brokkolinin faydalı tərkibini qorumaq üçün onu qısa müddət buxarda bişirməyi tövsiyə edirlər. Bişirməzdən 30-40 dəqiqə əvvəl doğramaq da tərkibindəki sulforafanın əmələ gəlməsinə şərait yarada bilər.

Bundan başqa, bişmiş brokkoliyə bir qədər xardal tozu əlavə etmək məsləhət görülür. Xardalın tərkibindəki fermentlər sulforafanın yaranmasına kömək edir.

Mütəxəssislər bildirirlər ki, brokkolini mikrodalğalı sobada qısa müddət bişirmək də qida maddələrinin qorunmasına kömək edə bilər. Əsas məsələ tərəvəzi həddindən artıq bişirməməkdir.

Qeyd olunur ki, brokkolinin hazırlanma üsulundan asılı olmayaraq, onu ümumiyyətlə qidalanmaya daxil etmək faydalıdır.