Ermənistanın Baş naziri Nikol Paşinyan Fransanın paytaxtı Parisdə Prezident Emmanuel Makronla görüşüb.
Demokrat.az xəbər verir ki, görüş barədə Ermənistan Baş nazirinin mətbuat katibi Melaniya Harutyunyan sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, görüş Yelisey Sarayında baş tutub.
Qeyd edək ki, Paşinyanın sabah Türkiyəyə səfəri planlaşdırılır.


