Bolqarıstanda "Trakiya" avtomaqistralında baş verən iki zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində 12 nəfərin həlak olması ilə əlaqədar 11 noyabr milli matəm günü elan edilib.
Demokrat.az xəbər verir ki, bu barədə Bolqarıstan mediası ölkənin Baş naziri Rumen Radevin açıqlamasına istinadən məlumat yayıb.
"Bu gün bütün Bolqarıstan üçün faciəli gündür. Qəza nəticəsində 12 nəfər ölüb, daha onlarla şəxs xəsarət alıb. Onlar Burqas, Sliven və Yambolun tibb müəssisələrinə çatdırılıblar", - o bildirib.
R.Radev ölənlərin ailələrinə başsağlığı verib və zərərçəkənlərə yardım göstərilməsində iştirak edən xilasetmə xidmətlərinə və vətəndaşlara təşəkkür edib.
Onun sözlərinə görə, hakimiyyət orqanları tərəfindən yaralıların xəstəxanaya yerləşdirilməsi üçün lazımi tədbirlər görülüb. (report.az)


