YapiKredi Müraciət Forması
Özəl Maraqlı

Toyuq ətini daha sulu və dadlı etməyin restoran sirri

Toyuq ətini daha sulu və dadlı etməyin restoran sirri

Restoranlarda toyuq ətini daha sulu, yumşaq və dadlı etməyin sadə sirri açıqlanıb.

Demokrat.az xəbər verir ki, bunun üçün toyuq ətini xüsusi ədviyyat qarışığı ilə marinad etmək kifayətdir.

Mətbəx mütəxəssislərinin diqqət çəkdiyi üsul toyuğun bişirilməzdən əvvəl xüsusi ədviyyat qarışığı ilə marinad edilməsidir. Bunun üçün toyuq bulyonu tozu, duz və quş əti üçün nəzərdə tutulan ədviyyatlar qarışdırılaraq ətin üzərinə çəkilir.

Bu qarışığın təsirini artırmaq üçün toyuğun soyuducuda bir neçə saat, hətta iki günədək saxlanılması tövsiyə olunur. Duz əvvəlcə ətin tərkibindəki nəmin bir hissəsini səthə çıxarır, daha sonra isə ət həmin nəmi yenidən özünə çəkərək ədviyyatların dadını mənimsəyir.

Vaxtı az olanlar da bu üsuldan yararlana bilərlər. Bunun üçün qarışığa bir qədər zeytun yağı əlavə etmək və toyuq ətini təxminən beş dəqiqə masaj etmək kifayətdir. Daha sonra ətin soyuducuda təxminən 30 dəqiqə saxlanılması məsləhət görülür.