Mətbəxdə elektrik cihazlarından istifadə edərkən təhlükəsizlik qaydalarına əməl etmək vacibdir. Xüsusilə mətbəx adalarında yerləşən elektrik yuvalarına bəzi cihazların qoşulması ciddi yanğın və xəsarət riski yarada bilər.
Demokrat.az xəbər verir ki, mütəxəssislər mətbəx adalarında yerləşən elektrik yuvalarından istifadə zamanı beş cihazla bağlı xəbərdarlıq ediblər.
Bunlardan birincisi təzyiqli və yavaşbişirən qazanlardır. Bu cihazlarda uzun müddət yüksək temperaturda saxlanılan mayelər təsadüfən aşdıqda yanıq xəsarətlərinə səbəb ola bilər.
İkinci təhlükəli cihaz elektrik çaydanıdır. Onun içərisindəki qaynar su və sallanan kabel uşaqlar üçün ciddi təhlükə yaradır. Kabeldən çəkildikdə çaydan aşaraq ağır yanıqlara səbəb ola bilər.
Üçüncü sırada fritözlər dayanır. İsti yağın tökülməsi həm yanğın, həm də ciddi yanıq riski yaradır.
Mütəxəssislər mikser və qida prosessorlarının da mətbəx adalarındakı elektrik yuvalarına qoşulmasını məsləhət görmürlər. Çünki bu cihazlar ağır olduğundan kabelə ilişmə və onların yerə düşməsi xəsarətlə nəticələnə bilər.
Beşinci təhlükəli cihaz isə portativ elektrik qızdırıcısıdır. Onun mətbəx adasının altında yerləşdirilməsi yaxınlıqdakı dəsmalların, mebellərin və digər yanıcı əşyaların alışması riskini artırır.
Mütəxəssislər bildirirlər ki, bu cihazları daha təhlükəsiz yerlərdə, uyğun elektrik yuvalarına qoşmaq, kabelləri isə uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.


