YapiKredi Müraciət Forması
Özəl Maraqlı

Peçenyedə dadı dəyişən gizli səhv bu imiş

Peçenyedə dadı dəyişən gizli səhv bu imiş

Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir.

Demokrat.az xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər.

Peçenye hazırlanması üzrə mütəxəssis Syuzan Spungenin sözlərinə görə, bişirmə zamanı ən vacib məqamlardan biri inqrediyentlərin, xüsusilə də unun düzgün ölçülməsidir.

Mütəxəssis bildirir ki, unu stəkanla ölçdükdə onun miqdarı dəyişə bilər. Çünki unun qaba necə doldurulması və sıxılması ölçünün dəqiqliyinə təsir göstərir. Bu isə xəmirin quruluşunu və peçenyenin son nəticəsini dəyişə bilər.

Onun sözlərinə görə, mətbəx tərəzisindən istifadə reseptdə göstərilən miqdarları dəqiq saxlamağa və hər dəfə eyni nəticəni əldə etməyə kömək edir.

Bundan başqa, yumurtaların çəkisi də nəzərə alınmalıdır. Belə ki, iri ölçülü yumurtaların çəkisi fərqli ola bilər. Məsələn, reseptdə bir yumurta tələb olunsa da, yumurtanın çəkisindəki fərq xəmirin tərkibinə təsir göstərə bilər.

Mütəxəssis hesab edir ki, peçenyelərin reseptdəki görüntüyə və dada uyğun alınmasını istəyənlər mətbəx tərəzisindən istifadə etməlidirlər.