8 Noyabr – Zəfər Bayramında "Qarabağ Əlilləri və Veteranları" İctimai Birliyinin üzvlərinin və "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə xanım Riza-zadənin təşəbbüsü ilə 14 oktyabr 2026-cı ildə dünyasını dəyişmiş "Qarabağ Əlilləri və Veteranları" İB-nin mərhum sədri, Azərbaycanın ilk qadın snayperi Növrəstə Ağakərim qızı Yusifovanın anım tədbiri keçirildi.
Demokrat.az xəbər verir ki, tədbirin məhz Zəfər Bayramında keçirilməsi Növrəstə xanımın bu bayrama xüsusi sevgi və ehtiram bəsləməsi ilə əlaqədar olub.
Tədbirdə Növrəstə xanımın döyüş yoldaşları, ictimaiyyətdə tanınan simalar, incəsənət və səhiyyə sahəsinin nümayəndələri, onun ailə üzvləri, eləcə də onu sevən insanların az bir hissəsi iştirak etdi.
Tədbir zamanı Növrəstə Yusifovanın döyüş yolu və sonralar ictimai xadim kimi fəaliyyəti ilə yanaşı, Vətən uğrunda şəhid olanlar da bir daha yad edildi.


