YapiKredi Müraciət Forması
Cəmiyyət

"Jaguar Land Rover" Çin şirkətini məhkəməyə verdi

Jaguar Land Rover Çin şirkətini məhkəməyə verdi

Britaniyanın avtomobil istehsalçısı "Jaguar Land Rover" Çin şirkəti BYD-yə qarşı hüquqi mübarizəyə başlayıb. Buna səbəb Çin istehsalçısının yeni yolsuzluq avtomobilinin Britaniya şirkətinin məşhur "Defender" modelinə bənzədiyi iddiasıdır.

Demokrat.az xəbər verir ki, "Jaguar Land Rover"in müraciəti əsasında BYD-nin Niderlanddakı ofisində axtarış keçirilib.

Araşdırmanın əsas predmetini BYD-nin "Ti7" modeli təşkil edir. Britaniya şirkəti avtomobilin dizaynının əqli mülkiyyət hüquqlarını pozduğunu iddia edir. Məhkəmə prosesi ərəfəsində həyata keçirilən axtarış zamanı məsələ ilə bağlı materialların araşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, "Ti7" modelinin satışına sentyabr ayında başlanılıb. BYD avtomobili Avropa bazarına çıxarmağı da planlaşdırır. Haaqa məhkəməsində keçiriləcək iclasda dizaynla bağlı iddialara hüquqi qiymət veriləcək.