Noyabr ayı bəzi bürclər üçün uğurlu və sevindirici hadisələrlə yadda qala bilər. Astrologiya proqnozuna görə, dörd bürcün nümayəndələrini yeni imkanlar, müsbət dəyişikliklər və uzun müddətdir gözlədikləri rahatlıq dövrü gözləyir.
Demokrat.az xəbər verir ki, astroloq Evan Nataniel Qrim bu ay xüsusilə dörd bürcün həyatında müsbət dönüşlərin baş verəcəyini proqnozlaşdırıb. Bu barədə "YourTango" nəşri yazıb.
Tərəzi
Noyabrın ilk günlərini nisbətən gərgin keçirən Tərəzilər ayın ortalarından etibarən özlərini daha inamlı hiss edə bilərlər. Noyabrın 13-də Veneranın düz hərəkətə keçməsi onların istəklərini daha yaxşı anlamasına və qərar verməsini asanlaşdıracaq.
Astroloq bu bürcün nümayəndələrinə insanlardan uzaqlaşmamağı, dostlarla görüşlərə və yeni tanışlıqlara daha çox vaxt ayırmağı tövsiyə edir. Bu ünsiyyətlər gələcəkdə peşəkar baxımdan da faydalı ola bilər.
Şir
Şirlər üçün noyabr ziddiyyətli hadisələrlə müşayiət olunsa da, düzgün davranış və özünəinam sayəsində ayı uğurlu dövrə çevirmək mümkündür. Yaxınlarla vaxt keçirmək və sevimli məşğuliyyətlərə diqqət ayırmaq onların əhvalına müsbət təsir göstərəcək.
Bununla yanaşı, münaqişələrdən uzaq durmaq vacibdir. Düşünülməmiş mübahisələr hətta 2027-ci ildə də müəyyən problemlərə səbəb ola bilər.
Əqrəb
Noyabr Əqrəblər üçün yenilənmə və keçmişlə vidalaşmaq dövrü ola bilər. Günəşin bu bürcdə olması onların özünəinamını artıracaq. Bununla belə, noyabrın 13-dək davam edən Merkuri retroqradı ünsiyyətdə və razılaşmalarda müəyyən çətinliklər yarada bilər.
Astroloqun fikrincə, Əqrəblər bu ay başqalarının gözləntilərinə uyğun yaşamaqdan imtina edərək öz istəklərinə üstünlük verməyə başlayacaqlar.
Qoç
Qoçlar üçün noyabr emosional və maddi baxımdan yorucu münasibətlərdən uzaqlaşmaq imkanı yaradacaq. Onları tükəndirən, qarşılıqsız qalan əlaqələr tədricən keçmişdə qala bilər.
Beləliklə, bu bürcün nümayəndələri özlərini daha azad hiss edəcək, əvvəlki qorxularını geridə qoyaraq şəxsi istəklərinə daha çox diqqət ayıracaqlar. Ayın əsas qazancı isə onları həqiqətən dəyərləndirən və dəstəkləyən insanlarla əhatə olunmaq olacaq.


