YapiKredi Müraciət Forması
İdman Özəl

Alman mətbuatı açıqladı: Ulduz futbolçu "Qalatasaray"dan gedir

Alman mətbuatı açıqladı: Ulduz futbolçu Qalatasaraydan gedir

"Qalatasaray" rəhbərliyi Leroy Sanenin gələcəyi ilə bağlı qərar verib. İstanbul təmsilçisi münasib təklif alacağı təqdirdə almaniyalı futbolçu ilə qış transfer pəncərəsində yollarını ayıra bilər.

Demokrat.az xəbər verir ki, bu barədə Almaniyanın "Sky Sport" nəşri məlumat yayıb.

Bildirilib ki, cari mövsümdəki çıxışı ilə tənqidlərə məruz qalan 30 yaşlı vingerin komandadan ayrılması artıq real ehtimal kimi qiymətləndirilir. Klub rəhbərliyi yanvarda sərfəli təklif daxil olacağı halda futbolçunun transferinə mane olmayacaq.

Sane bu mövsüm "Qalatasaray"ın heyətində Türkiyə Super Liqasında 11, UEFA Çempionlar Liqasında isə 4 matçda meydana çıxıb. O, ümumilikdə 567 dəqiqə oynasa da, hələlik nə qol vurub, nə də məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, almaniyalı futbolçu ötən mövsümün əvvəlində "Bavariya"dan azad agent kimi İstanbul klubuna keçib. Onun "Qalatasaray"la daha 1,5 illik müqaviləsi var. Sane klubdan il ərzində xalis maaş və sədaqət bonusu daxil olmaqla ümumilikdə 12 milyon avro qazanır.