YapiKredi Müraciət Forması
İdman Özəl

Hakan Çalhanoğlunun "İnter"lə anlaşa bilmir - Nə qədər maaş istəyir?

Hakan Çalhanoğlunun İnterlə anlaşa bilmir - Nə qədər maaş istəyir?

Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlunun "İnter"dəki gələcəyi sual altına düşüb. İtaliya klubu ilə futbolçu arasında müqavilənin uzadılması ilə bağlı danışıqlarda maliyyə məsələləri səbəbindən razılıq əldə olunmayıb.

Demokrat.az xəbər verir ki, "Tuttosport" nəşrinin məlumatına görə, "İnter"in idman direktoru Dario Bakçinlə futbolçunun meneceri Qordon Stipiç arasında ilkin təmaslar baş tutsa da, tərəflər ortaq məxrəcə gələ bilməyiblər.

33 yaşına yaxınlaşan yarımmüdafiəçi hazırda aldığı illik təxminən 6,5 milyon avro məvacibin saxlanılması şərtilə müqaviləsinin daha iki il uzadılmasını istəyir.

"İnter" rəhbərliyi isə futbolçunun yaşını və son mövsümlərdə yaşadığı fiziki problemləri nəzərə alaraq daha ehtiyatlı davranır. Belə ki, türkiyəli oyunçunun əzələ zədələri səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalması klubun təklifinə təsir göstərib. Məlumata görə, o, son illərdə zədələr üzündən 200 gündən çox futbol oynaya bilməyib.

İtaliya təmsilçisi daha aşağı sabit maaş, performansa bağlı bonuslar və əlavə bir il uzadılma imkanı nəzərdə tutan müqavilə variantını təklif etməyi düşünür.

Bu arada Hakan Çalhanoğlunun vəziyyətini izləyən klubların sayı da artır. Türkiyədən "Fənərbağça" və "Qalatasaray", İtaliyadan isə "Yuventus" və "Komo" təcrübəli yarımmüdafiəçinin gələcək qərarını gözləyir.

Beləliklə, tərəflər arasında maliyyə şərtləri ilə bağlı razılıq əldə olunmasa, Hakan Çalhanoğlunun karyerasını başqa klubda davam etdirməsi gündəmə gələ bilər.