YapiKredi Müraciət Forması
Özəl Avto

Bu maşınlar ucuzlaşdı — Səbəb açıqlandı

Bu maşınlar ucuzlaşdı — Səbəb açıqlandı

Sosial şəbəkələrdə yayılan avtomobil elanlarından birində 1,5 turbo benzin mühərrikli avtomobilin qiymətinə 2 min manat endirim edildiyi və nəqliyyat vasitəsinin 30 min manata təklif olunduğu bildirilib.

Avtomobillərin qiymətindəki bu cür endirimlər yanacaqla bağlı son qərarlarla əlaqəli ola bilərmi?

Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, əsas səbəb ilin sonuna yaxınlaşılması və avtomobillərin istehsal ilinin dəyişməsidir:

Bu maşınlar ucuzlaşdı — Səbəb açıqlandı

"Məsələn, 2026-cı il istehsalı olan avtomobil gələn il artıq 2027-ci ilin avtomobili hesab olunacaq. Eyni zamanda, avtomobil 2025-ci ilin istehsalı ola bilər və ötən il güzəştlərlə ölkəyə gətirilə bilər. İndi satıcılar narahatdırlar ki, gələn il həmin avtomobil artıq iki il əvvəl istehsal olunmuş avtomobil kimi görünəcək. Alıcı da 2027-ci ildə 2025-ci il istehsalı olan avtomobili almış olacaq. Təbii ki, bu da avtomobilin qiymətinə mənfi təsir göstərəcək. Bu baxımdan, bəzi avtomobillərin satışına ilin sonuna doğru daha çox üstünlük verilir. Satıcılar çalışırlar ki, həmin avtomobilləri ilin sonunadək satıb qurtarsınlar. Bəzən də elə olur ki, sahibkar avtomobili həddindən artıq çox gətirir, gözlədiyi qədər sata bilmir və təcili satışa ehtiyac yaranır. Belə hallar alıcılar üçün fürsət yarada bilər".

Ekspert əlavə edib ki, alıcılar bu cür avtomobillərə baxmalıdırlar:

"Çünki bəzən həqiqətən də uzun müddət satılmadan qalan, gözləntidən artıq gətirildiyi üçün anbarda yığılıb qalan avtomobillər olur. Hətta bəzi avtomobillərin vəziyyəti də ürəkaçan olmur, yağış altında qalır və sair. Mən daha çox düşünürəm ki, ilin sonuna yaxın avtomobillərin istehsal ilinin köhnəlməsi satışlara təsir göstərəcək".