YapiKredi Müraciət Forması
Özəl Sosial

"Kəskin bahalaşma üçün əsas görünmür, qiymətlər eyni qala bilər"

Kəskin bahalaşma üçün əsas görünmür, qiymətlər eyni qala bilər

Azərbaycanda taksi sürücülərinin qazancından 1 faiz vergi tutulması nəzərdə tutulur. Yeni mexanizmin tətbiqi ilə sürücülərin vergi ödənişi qaydası dəyişəcək.

Bu yenilik taksi xidmətlərinin qiymətinə təsir edəcəkmi? Sərnişinlər üçün gedişhaqqı artacaq, yoxsa qiymətlər əvvəlki səviyyədə qalacaq?

Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Razil Nağıyev bildirib ki, 2027-ci ildən taksi sürücülərinin vergisinin gəlirlərinə uyğun hesablanması təklif olunur.

Ekspertin sözlərinə görə, vergi sürücüyə çatan məbləğin 1 faizi olacaq və operator tərəfindən tutulacaq:

Kəskin bahalaşma üçün əsas görünmür, qiymətlər eyni qala bilər

"Hazırda sürücülər gəlirlərindən asılı olmayaraq sabit 18 manat ödəyirlər. Yeni qaydada az qazanan sürücülərin vergisi 18 manatdan aşağı, daha çox qazanan sürücülərin vergisi isə yuxarı ola bilər. Dövlət Vergi Xidmətinin ilkin hesablamasına görə, orta aylıq vergi 18-20 manat civarında olacaq. Verginin operator tərəfindən tutulması sürücülərin ödəniş və hesabat işini də asanlaşdıracaq".

Razil Nağıyev qeyd edib ki, dəyişiklik sürücülərin vergi yükünü qazancına uyğunlaşdırır və bütün sürücülərin daha çox vergi ödəyəcəyi mənasına gəlmir:

"Bu yenilik sərnişinlər üçün gedişhaqqının mütləq artacağı demək deyil. Kəskin bahalaşma üçün əsas görünmür və qiymətlər, ümumilikdə, əvvəlki səviyyədə qala bilər. Ayrı-ayrı vaxtlarda və platformalarda isə bazar şəraitinə görə dəyişikliklər ola bilər. Gedişhaqqı artsa, bunu təkcə 1 faizlik vergi ilə əlaqələndirmək olmaz".