YapiKredi Müraciət Forması
Özəl Sosial

Yeni maaş sistemi işçilərə nə qazandıracaq? — Açıqlama

Yeni maaş sistemi işçilərə nə qazandıracaq? — Açıqlama

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Azərbaycanda saatlıq əməkhaqqı mexanizminin tətbiqi nəzərdə tutulur: "Bu yenilik xüsusilə çevik iş rejimində, hibrid formada və ya günün müəyyən saatlarında çalışan vətəndaşlar üçün yeni imkanlar yaradacaq".

Bu mexanizm hansı sahələrdə çalışanlar üçün daha əlverişli olacaq və işəgötürənlərlə işçilər arasında əmək münasibətlərini necə dəyişəcək?

Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, aylıq minimum əməkhaqqının saatlıq sisteminə keçid əmək bazarında ciddi dəyişikliyə səbəb olmayacaq:

Yeni maaş sistemi işçilərə nə qazandıracaq? — Açıqlama

"Bu, sadəcə sosial standartdır. Əmək Məcəlləsində indiyədək ixtisassız işçinin bir ay ərzində tam iş vaxtı işlədiyi halda almalı olduğu minimum əməkhaqqı müəyyən edilirdi. İndi isə həmin məbləğ saatlara bölünəcək. Məsələn, işəmuzd çalışanlar üçün bu baxımdan heç nə dəyişmir. Onlar indiyədək də nə qədər iş görüblərsə, ona uyğun əməkhaqqı alırdılar. Vəzifə tarif maaşı da yerində qalacaq. Vaxtamuzd çalışanlar da işlədikləri saatların həcminə uyğun ödəniş alırdılar".

Sahib Məmmədov əlavə edib ki, tam iş vaxtı ilə çalışanlar tam vəzifə maaşı, natamam iş vaxtı ilə çalışanlar isə işlədikləri vaxta uyğun əməkhaqqı alırdılar:

"Yəni burada ciddi bir dəyişiklik olmayacaq. Bu, sadəcə Avropa ölkələrində də tətbiq olunan sosial standartdır və Azərbaycanda da tətbiq ediləcək. Aylıq minimum əməkhaqqı təxminən 167 saata bölünəcək və nəticədə saatlıq tarif müəyyənləşdiriləcək".