YapiKredi Müraciət Forması
Kriminal Özəl

Gecə 1-də evə gələn qadın döyüldü — Bu nə paltardır geyinmisən?!

Gecə 1-də evə gələn qadın döyüldü — Bu nə paltardır geyinmisən?!

Bakının Sabunçu rayonunda 31 yaşlı kişi münasibətdə olduğu qadına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisələr 17 avqust və 3 sentyabr 2025-ci il tarixlərində Pirşağı qəsəbəsində baş verib.

Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Rüfət 17 avqust 2025-ci il tarixində saat 23 radələrində Pirşağı qəsəbəsində, Əjdər Məlikov küçəsində yerləşən evin qarşısında tanışı Ramilə (adlar şərtidir – red.) ilə şəxsi münasibətləri zəminində mübahisə edib. Mübahisə zamanı o, qadının bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr endirərək xəsarət yetirib.


Həmçinin oxu:

- "Rəvan dedi ki, açıq-saçıq şəkillərini at, mən də göndərdim" - Qarajdakı hadisənin detalları
- Bakıda qadın ərini dişlədi, kişi də onu polisə verdi
- "Arxa oturacaqda əxlaqsızlıq edərkən gördüm ki, iki nəfər əllərində telefonla maşına yaxınlaşırlar"


Bundan başqa, Rüfət sentyabrın 3-də, gecə saat 01 radələrində Pirşağı qəsəbəsində yerləşən evin həyətində və qarşısında Ramilə ilə yenidən mübahisə edib və bu dəfə də ona yumruqla zərbələr endirib.

Rüfət barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmədə ifadə verən Rüfət özünü təqsirli bilib. O bildirib ki, təxminən hadisələrdən bir il yarım əvvəl "TikTok" sosial şəbəkəsi vasitəsilə Ramilə ilə tanış olub və həmin vaxtdan aralarında qeyri-rəsmi münasibət yaranıb.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Ramilə ilə birlikdə Pirşağı qəsəbəsində yaşayıb. O, avqustun 17-də saat 23 radələrində Ramilə ilə evin qarşısında olarkən qadının geyimini bəyənmədiyini deyib:

"Ramilənin bu geyimdə çölə çıxmasına razı olmadığımı bildirdim. O da mənimlə razılaşmayaraq cavab qaytardı. Nəticədə qısqanclıq zəminində aramızda münaqişə yarandı. Saçından tutaraq əlimlə üz nahiyəsinə zərbə vurdum və onu döydüm. Hadisə 2-3 dəqiqə davam etdi. Sonradan polis gəlib məni idarəyə apardı və orada izahat verdim".

Rüfət bildirib ki, bundan bir neçə gün sonra başqa ünvanda qalıb, sentyabrın 1-də isə Ramilənin yaşadığı evə gedərək bir gün orada qalıb.

Onun sözlərinə görə, sentyabrın 2-dən 3-nə keçən gecə yenidən Ramilənin evinə gedib. Ramilə evdə olmadığından onu qapının qarşısında gözləyib:

"Sentyabrın 3-də, gecə saat 01 radələrində Ramilə taksi ilə evə gəldi və həyətə daxil oldu. Mən də onun arxasınca həyətə getdim və gecənin bu vaxtı haradan gəldiyini soruşdum. O, mənə cavab vermədən evə daxil oldu. Evin içərisində mübahisə etməyə başladıq. Ramilə çölə çıxaraq qışqırmaq istədi. Mən də onu tutaraq dartdım və evə gətirdim. Onu tutarkən bədəninin müəyyən nahiyələrini əzdim. Evin içərisində də tutaşdıq və mübahisəni davam etdirdik. Tutaşarkən əlimlə onu vurdum ki, sakitləşsin. Lakin sakitləşmədiyini gördüm. Ona ‘gəl, beş dəqiqə otur, söhbət edək, sonra gedim" dedim. Ramilənin səsindən qonşuların səs-küyə çıxacağından ehtiyat etdim. Mübahisənin qonşulara narahatlıq yaradacağını düşündüyüm üçün oradan ayrılıb getdim. Bundan sonra başqa hadisə baş verməyib".

Zərərçəkmiş Ramilə isə ifadəsində Rüfətlə təxminən bir il yarım nişanlı münasibətdə olduğunu bildirib:

"Lakin hadisədən təxminən yeddi ay əvvəl Rüfətin çoxlu spirtli içki qəbul etməsi və buna görə tez-tez mübahisələr yaratması səbəbindən ondan uzaqlaşdım. Buna baxmayaraq, Rüfətlə dostluq münasibətimiz davam etdi".

Ramilənin sözlərinə görə, avqustun 17-də saat 23 radələrində işdən çıxaraq Pirşağı qəsəbəsində yaşadığı evə gəlib. Evə çatanda Rüfət ona yaxınlaşaraq qısqandığını bildirib və mübahisə etməyə başlayıb.

"Həmin vaxt Rüfət spirtli içki qəbul etdiyinə görə sərxoş vəziyyətdə idi. Mübahisə zamanı arxadan mənə yaxınlaşaraq nalayiq ifadələrlə təhqir etməyə başladı. Saçımdan tutaraq dartdı və yerə yıxdı. Üz nahiyəmə bir neçə dəfə əl ilə, daha sonra sol qol və sol ayaq nahiyələrimə təpiklə zərbələr endirdi. Zərbələrin təsirindən çənə nahiyəm əzildi. Eyni zamanda sol qolum və sol ayağım da zədələndi. Həmin zədələr çox ağrılı idi. Bundan sonra Rüfət məni itələyərək oradan uzaqlaşdı".

Zərərçəkmiş bildirib ki, sentyabrın 3-də, gecə saat 01 radələrində evdə olarkən həyətdən səs eşidib. İtin hürməsi və qapının döyülməsi səsini eşidərək həyətə çıxdığını deyib:

"Bu zaman Rüfətin yenidən hasardan keçərək həyətə daxil olduğunu gördüm. Danışığından və hərəkətlərindən sərxoş olduğu aydın hiss olunurdu. Ona dərhal həyətdən çıxmasını və məni narahat etməməsini bildirdim. Lakin o, mənə yaxınlaşanda evə daxil olaraq giriş qapısını örtdüm. Rüfət isə qapını təpiklə vuraraq açdı və evə daxil oldu. Daha sonra yumruqla sifətimə və gözümə bərk zərbələr endirdi. Zərbələrin təsirindən sağ gözüm şişdi və göz ətrafındakı dəri zədələndi. Bərkdən qışqıraraq kömək çağırmağa başladım. Rüfət də kiminsə gələcəyindən və əməlinin şahidi olacağından qorxaraq məni nalayiq ifadələrlə təhqir edib evdən getdi".

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması nəzərə alınaraq barəsindəki cinayət təqibinə xitam verilib.

Fariz Məlikli

Editor
Redaktor