YapiKredi Müraciət Forması
Cəmiyyət

Ziyafət Əsgərovdan deputata: "Bu sizin problemdir"

Ziyafət Əsgərovdan deputata: Bu sizin problemdir

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deputat Naqif Həmzəyevin regionlardakı problemlərlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Demokrat.az xəbər verir ki, Milli Məclisin komitələrinin birgə iclasında Naqif Həmzəyev regionlarda köhnə yaşayış binalarının təmiri, Gəncədə kanalizasiya işlərindən sonra yolların asfaltlanmaması və problemləri işıqlandıran jurnalistlərin təzyiqlərlə üzləşməsi məsələlərini gündəmə gətirib.

Deputat bildirib ki, bəzi binalarda yalnız görünən hissələr təmir olunur, girişlər, liftlər və pilləkənlər isə baxımsız qalır. O, hökumət nümayəndələrinin regionlara səfərləri zamanı sakinlərlə birbaşa görüşməsinin vacibliyini də vurğulayıb.

Ziyafət Əsgərov isə həmkarının bəzi fikirləri ilə razılaşmayıb. O, deputatların problemlərin həlli üçün kifayət qədər səlahiyyətə malik olduğunu bildirib:

"Mən o fikirlə razı deyiləm ki, bizim elə adımız, səlahiyyətimiz yoxdur. Sizin kifayət qədər deputat kimi səlahiyyətiniz var. Əgər ondan istifadə edə bilməmisinizsə, bu sizin problemdir".

Sədr müavini jurnalistlərin problemləri işıqlandırdıqlarına görə işdən çıxarılması ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib və Naqif Həmzəyevdən bu iddiaları təsdiqləyən konkret faktlar təqdim etməsini istəyib.

Editor
Redaktor