ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Binyamin Netanyahu telefon danışığı zamanı İranla bağlı gələcək addımları müzakirə edərkən aralarlnda "gərgin və yüksək tonlu sözlü toqquşma" baş verib
Demokrat.az xəbər verir ki, bubarədə İsrailin "Ynet" nəşri etibarlı mənbələrə dayanaraq bu haqda məlumat yayıb.
Söhbət ötən həftəsonu (7–8 noyabr) ABŞ və İsrail arasında İrana qarşı hərbi əməliyyatların bərpası ilə bağlı fikir ayrılıqları fonunda baş tutub.
"Ynet"ə məlumat verən mənbələr Tramp və Netanyahu arasındakı dialoqu "çətin və gərgin" kimi təsvir ediblər. Mənbələrdən biri bunu "yüksək tonlu mübahisə" adlandırıb.
Netanyahunun ofisi bu məlumatı təkzib edərək, onu "saxta xəbər – tamamilə cəfəngiyyat" adlandırıb.
İsrailin yüksək vəzifəli rəsmisi söhbətin baş tutduğunu təsdiqləsə də, onun "heç də çətin olmadığını" bildirib.


