YapiKredi Müraciət Forması
Region

Paşinyan: Səhərdən axşama qədər "Artsax" deyə bilərsiniz, amma qəbul etməlisiniz ki, onlar da "Qərbi Azərbaycan" deyəcəklər

Paşinyan: Səhərdən axşama qədər Artsax deyə bilərsiniz, amma qəbul etməlisiniz ki, onlar da Qərbi Azərbaycan deyəcəklər

"Restart" Fondunun "MaskOFF" təşəbbüsünün təşkil etdiyi panel müzakirəsi zamanı Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, "Artsax" adının işlədilməsi Azərbaycanın "Basarkeçər" (Vardenis şəhərinin əsl adı) adını istifadə etməsinə mane olmur.

Demokrat.az xəbər ki, Paşinyanın sözlərinə görə, bu cür adlarla bağlı mübahisələrin həlli sülh sazişinin imzalanmasından və bu məsələlərin siyasi məqsədlə istismar edilməsinə son qoyulmasından asılıdır.

"Biz istədiyimiz qədər "Artsax" deyə bilərik – səhər, günorta, axşam "Artsax" deyə bilərik, hətta gecə yuxudan oyanıb yenə də "Artsax" deyə bilərik. Buyurun. Amma onlar da səhər, günorta və axşam "Basarkeçər" deyəcəklər. Biz istədiyimiz qədər "Artsax" deyə bilərik, onlar isə "Qərbi Azərbaycan" deyəcəklər. Bunda heç bir problem yoxdur. Həll yolu sülh sazişi imzalamaq və bu məsələlərə son qoymaqdadır", – deyə Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, başqa bir dövlətin müstəqilliyini tanımaq, öz müstəqilliyin üçün beynəlxalq tanınma əldə etməyin zəruri şərtidir.

"Əgər müstəqilliyimizin dəyərli olmasını istəyiriksə, biz də başqalarının müstəqilliyini tanımalıyıq. Müstəqilliyin özünəməxsus bir xüsusiyyəti var: o, beynəlxalq ekosistemin bir hissəsidir. Təcrid olunmuş şəkildə müstəqil olan ölkə deyə bir anlayış yoxdur. Öz müstəqilliyinizin tanınmasını istəyirsinizsə, başqasının müstəqilliyini tanımalısınız", – deyə erməni baş nazir bildirib.

Müzakirə zamanı gənc iştirakçılardan biri Ermənistanda Dağlıq Qarabağdan olan köçkünlərə necə yanaşıldığı məsələsini qaldırıb. O bildirib ki, bu şəxslərin bəziləri qaçdıqlarına dair ittihamlarla, hətta şifahi təhqirlərlə üzləşirlər. O həmçinin qeyd edib ki, hökumət nümayəndələri tərəfindən səsləndirilən bu cür ritorika həmin insanlara qarşı düşmən mövqeyin əsaslandırılması kimi qəbul edilə bilər.

Paşinyan emosional yanaşmalar məsələsinin mövcud olduğunu və həll tələb etdiyini etiraf edib. O, cəmiyyət daxilində sülhü təşviq etməyin zəruri olduğunu da qeyd edib.

"Əgər sülhdən danışırsınızsa, daxili sülh də olmalıdır. Bu olmadıqca, xarici sülhdən danışmaq bir az iddialı səslənir", – deyən Paşinyan bu problemi həll etmək üçün birgə işləməyin zəruriliyi ilə razılaşdı.

Editor
Redaktor