YapiKredi Müraciət Forması
Dünya

Əri çıxış edərkən sabiq Baş nazirlə mübahisə etdi

Əri çıxış edərkən sabiq Baş nazirlə mübahisə etdi

İsrail parlamentinin (Knesset) noyabrın 10-da keçirilən iclasında gərgin anlar yaşanıb.

Demokrat.az xəbər verir ki, Baş nazir Benyamin Netanyahu ilə sabiq baş nazir Naftali Bennett arasında başlayan mübahisəyə Netanyahunun həyat yoldaşı Sara Netanyahu da qoşulub.

İclas zamanı Benyamin Netanyahu çıxış edərək ərəb partiyalarının dəstəyi ilə formalaşdırılması ehtimal olunan koalisiyaya qarşı çıxıb. O, belə bir hökumətin İsrailin gələcəyini təhlükə altına atacağını iddia edib.

Bu zaman sabiq baş nazir Naftali Bennett Netanyahudan Qətəri niyə İsrailin düşməni adlandırmadığını soruşub. Sual tərəflər arasında mübahisəyə səbəb olub. Sara Netanyahunun da Bennetə sərt reaksiya verməsindən sonra gərginlik daha da artıb.

Yaranmış vəziyyət fonunda Benyamin Netanyahu çıxışını dayandırmaq məcburiyyətində qalıb. Müxalifətin baş nazir postuna namizədi Qadi Ayzenkot isə mübahisəyə müdaxilə etməyib və təmkinini qoruyub.

Qeyd edək ki, hadisə İsraildə yeni hökumətin formalaşdırılması ətrafında siyasi müzakirələrin davam etdiyi bir vaxtda baş verib.