YapiKredi Müraciət Forması
Sosial

Qeyri-iş günlərində avtovağzallar 93 minə yaxın sərnişinə xidmət göstərib

Qeyri-iş günlərində avtovağzallar 93 minə yaxın sərnişinə xidmət göstərib

6-10 noyabr tarixlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) bölgələrə 1280 reys həyata keçirilib, 37707 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Demokrat.az-a bildirilib ki, adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 220-dən çox reys həyata keçirilib.

Bu müddət ərzində regionların avtovağzal və avtostansiyalarından müxtəlif istiqamətlərə 4535 reyslə 55197 sərnişin daşınıb.

Biletlər avtovağzalların kassalarından, eləcə də https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Sərnişinlərin 50 faizi biletlərini onlayn qaydada "biletim.az" portalından əldə edib.

B
Qeyd edilməyib