YapiKredi Müraciət Forması
İdman Özəl

Türkiyə millisi 44 ilin antirekordunu təkrarladı

Türkiyə millisi 44 ilin antirekordunu təkrarladı

Türkiyə milli futbol komandası 44 ildən sonra ilk dəfə ardıcıl beş rəsmi oyunda məğlub olub.

Demokrat.az xəbər verir ki, UEFA Millətlər Liqası çərçivəsində Belçikaya 1:2 hesabı ilə uduzan Türkiyə yığması məğlubiyyət seriyasını beş oyuna çatdırıb.

Türkiyə millisi turnirdə əvvəlcə Fransaya 0:1, İtaliyaya 1:4, Belçikaya 0:3, daha sonra İtaliyaya 1:3 hesabı ilə məğlub olub. Belçika ilə son qarşılaşmada da istədiyi nəticəni əldə edə bilməyən komanda bununla 1980-1982-ci illərdən bəri ilk dəfə belə uğursuzluq yaşayıb.

Türkiyə millisi sonuncu dəfə həmin dövrdə ardıcıl səkkiz oyunda məğlub olmuşdu. 1982-ci il dünya çempionatının seçmə mərhələsində Uels, Çexoslovakiya, İslandiya və SSRİ-yə qarşı keçirilən görüşlərdə uğursuz nəticələr qeydə alınmışdı. Komanda bu seriyanı yalnız 1982-ci il dekabrın 27-də Albaniya üzərində 1:0 hesablı qələbə ilə dayandırmışdı.

Qeyd edək ki, Belçika ilə qarşılaşmada Türkiyə millisi Arda Gülərin möhtəşəm qolu ilə önə keçmişdi. Gənc futbolçu təxminən 30 metrdən vurduğu cərimə zərbəsi ilə topu qapının doqquzluğuna göndərmişdi. Bu, Türkiyə yığmasının 2021-ci ilin martından bəri cərimə zərbəsindən vurduğu ilk qol olub.

Bundan başqa, Türkiyə millisi 1997-ci ildən sonra ilk dəfə doğma meydanda Belçikaya uduzub.