Türkiyəli aktrisa Cemre Baysel "Beşiktaş"ın müdafiəçisi Emirhan Topçu ilə eşq yaşadığı barədə yayılan xəbərləri təsdiqləyib.
Demokrat.az xəbər verir ki, aktrisa bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Kanal D-də yayımlanan "Güller ve Günahlar" serialının baş rol ifaçısı olan Baysel ötən axşam İstinyeParkda görüntülənib. Jurnalistlərlə söhbətində yeni münasibəti barədə suallara da aydınlıq gətirib.
Emirhan Topçu ilə sevgili olub-olmadığı soruşulan aktrisa xəbərləri təkzib etməyərək, "Mən sizə demişdim ki, nəsə olsa, özünüz görəcək və eşidəcəksiniz. Görün necə də gözəl xəbər tutmusunuz", deyə cavab verib.
Jurnalistlərin cütlüyə xoşbəxtlik arzulamasına isə Baysel təşəkkür edərək, "Amin, çox sağ olun. Özü hazırda yanımda deyil, çünki milli komandanın düşərgəsindədir", deyə o əlavə edib.
Qeyd edək ki, Cemre Baysel sonuncu açıqlamasında rol aldığı "Güller ve Günahlar" serialının ikinci mövsümündən məmnun olduğunu və layihənin uğurla davam etməsindən sevinc duyduğunu da bildirib.


