YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

Doğumu canlı yayımladılar — 100 min adam izlədi

Doğumu canlı yayımladılar — 100 min adam izlədi

Türkiyəli TikTok fenomenləri Cansu və Sinan Kaya cütlüyü qızları Elanın doğuş anını canlı yayımla izləyiciləri ilə bölüşüblər. Yayımı təxminən 100 min nəfər izləyib.

Demokrat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, doğuş zamanı Cansu Kayanın göz yaşlarını saxlaya bilmədiyi görüntülənib. Körpənin dünyaya gəlməsindən sonra ata Sinan Kayanın emosional reaksiyası da diqqət çəkib.

Körpənin ağladığını eşidən ata "Ağlayır, yemək istəyir" deyib. Daha sonra kameraya müraciət edərək "Mən qucağıma ala bilmərəm?" sualını verib.

Canlı yayım zamanı cütlüyə çoxsaylı virtual hədiyyələr göndərilib. Onların bu yayım vasitəsilə nə qədər gəlir əldə etdiyi isə açıqlanmayıb.