YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

Türkiyə gözəli idi, qolbaq satırdı — Meyiti tapıldı

Türkiyə gözəli idi, qolbaq satırdı — Meyiti tapıldı

1997-ci ildə keçirilən Türkiyə gözəllik müsabiqəsində Çağla Şikeldən sonra üçüncü yeri tutan Nilay Ceylanın həyat hekayəsi yenidən gündəmə gəlib.

Demokrat.az xəbər verir ki, bir vaxtlar Türkiyə televiziya ekranlarında tanınan simalardan olan Nilay Ceylan 2019-cu ilin mayında, 44 yaşında vəfat edib.

O, 1997-ci ildə keçirilən "Miss Turkey" gözəllik yarışmasında Çağla Şikelin birinci olduğu müsabiqədə üçüncü yerə layiq görülüb. Bundan sonra sənət fəaliyyətinə başlayan Ceylan Kanal D telekanalında aparıcılıq edib, bir müddət aktyorluq sahəsində də özünü sınayıb.

Memar Sinan Universitetinin Dekor və Kostyum fakültəsini bitirən keçmiş gözəllik kraliçası sonradan şou-biznesdən uzaqlaşmaq qərarına gəlib. İstanbulun Çatalca rayonuna köçən Ceylan burada daha sakit həyat tərzi seçib. O, özünün hazırladığı zinət əşyalarını sosial şəbəkələr vasitəsilə sataraq dolanışığını təmin edib.

Mətbuatda yayılan məlumatlara görə, Ceylan atasının ölümündən sonra çətin günlər yaşayıb. Bu hadisədən sonra daha qapalı həyat sürməyə başlayan keçmiş model anası ilə birlikdə yaşayıb. Onun sosial şəbəkədəki bəzi paylaşımlarında da yaşadığı sıxıntılara işarə etdiyi bildirilir.

Nilay Ceylan 2019-cu ilin mayında Çatalcadakı evində ürəktutması keçirərək dünyasını dəyişib. Həmin vaxt onun cəmi 44 yaşı olub. Keçmiş model Karacaköy məscidindən son mənzilə yola salınıb.

Ceylanın podiumlardan televiziya ekranlarına, daha sonra isə sakit kənd həyatına uzanan ömür yolu Türkiyə şou-biznesində yadda qalan hekayələrdən biri kimi xatırlanır.

Türkiyə gözəli idi, qolbaq satırdı — Meyiti tapıldı