YapiKredi Müraciət Forması
Xarici siyasət

Britaniya səfirliyi: "Azərbaycanla əlaqələrimiz həmişəkindən daha güclüdür"

Britaniya səfirliyi: Azərbaycanla əlaqələrimiz həmişəkindən daha güclüdür

"Strateji tərəfdaşlığın elan edilməsi ilə tarixi bir mərhələyə qədəm qoyulur və Böyük Britaniya-Azərbaycan əlaqələri indi həmişəkindən daha güclüdür".

Demokrat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin sosial şəbəkə hesabında paylaşım edilib.

"Bu strateji tərəfdaşlıq ölkələrimiz arasında mövcud olan çoxillik dostluq ənənələrinə əsaslanır. Biz birlikdə iqtisadi inkişafı stimullaşdıracaq, təhlükəsizlik sahəsini gücləndirəcək və innovasiyaları təşviq edəcəyik. Bütün bu addımlar həm Britaniya, həm də Azərbaycan vətəndaşlarına real faydalar gətirəcək və yeni perspektivlər açacaq.

Eyni zamanda əlaqələrimizin qurulmasında əməyi keçən insanları - ölkələrimiz arasında davamlı tellər yaradan və birgə çalışan dostları, tərəfdaşları, işgüzar dairələri, tələbələri və icmaları xüsusilə qeyd etmək lazımdır. Bu prosesin iştirakçısı olan hər kəsə təşəkkür edirik", - deyə bildirilir.