YapiKredi Müraciət Forması
Şou-biznes

"Kaş ki, Aygün xanım Tarkanla oxuyardı"

Kaş ki, Aygün xanım Tarkanla oxuyardı

Əməkdar artist Lalə Məmmədova müğənni Tarkanla duet oxumaq arzusunun olduğunu bildirib.

Demokrat.az xəbər verir ki, sənətçi bu barədə "Xəzər axşamı" verilişində danışıb. O, Xalq artisti Aygün Kazımovanın amerikalı reper Snup Doqla duetini eşidəndə Tarkanla mahnı oxumaq istəyinin yenidən yadına düşdüyünü söyləyib:

"O vaxt Aygün Kazımova Snup Doqla duet oxumuşdu. Mən həmin anda düşündüm ki, kaş ki, Aygün xanım Tarkanla duet oxuyardı. Mən Snup Doqun dinləyicisi deyiləm. Bəlkə də dünya ulduzudur. Amma dedim ki, kaş, Tarkanla oxuyardı".

Qeyd edək ki, Aygün Kazımova Snup Doqla "Coffee from Colombia" adlı duet ifa edib.

NE
Nihadə Eyyubova