YapiKredi Müraciət Forması
Dünya

ABŞ İrana zərbə endirdi

ABŞ İrana zərbə endirdi

İranın Hörmüzgan əyalətində yerləşən Sirik şəhəri ABŞ-nin zərbəsinə məruz qalıb.

Zərbə nəticəsində dağıntıların olub-olmadığı, ölən və ya yaralananların olub-olmadığı barədə məlumat verilməyib.

"Azad İran" "Telegram" kanalının məlumatına görə isə son saatlarda şəhər sakinləri bir neçə dəfə partlayış səsi eşidiblər. Səslərin mənbəyi hələlik müəyyən edilməyib.

Bir sıra mənbələr səslərin gəmiçilik qaydalarını pozan gəmilərə xəbərdarlıq məqsədilə açılan atəşlə bağlı ola biləcəyini bildiriblər.

Qeyd edək ki, daha əvvəl İran ordusu Hörmüz boğazında iki neft tankerində partlayış baş verdiyini açıqlayıb.(oxu.az)

NE
Nihadə Eyyubova